Əsas məzmuna keç

Mehriban Əliyeva Bilgəhdə açılışda - FOTOLAR

Mehriban Əliyeva Bilgəhdə açılışda - FOTOLAR

Birinci vitse-prezident və Arzu Əliyeva Sabunçu rayonunda yeni təhsil ocağının fəaliyyəti ilə tanış olublar. Heydər Əliyev Fondunun layihəsi haqqında ətraflı.

en ru

Avqustun 26-da Bakıda Bilgəh məktəbinin açılışı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikasının Birinci vitse-prezidenti, Fondunun prezidenti və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.

Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.

Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…