Əsas məzmuna keç

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib

Leyla Əliyeva və Əminə Ərdoğanın qatıldığı Antalya Diplomatiya Forumunda Fələstində təhsilin bərpası müzakirə edilib. Uşaqların sabahı üçün mühüm çağırışın detalları...

en ru

Türkiyənin Antalya şəhərində keçirilən Antalya Forumu çərçivəsində aprelin 18-də "Fələstində sülh naminə birləşərək: sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycanın birinci xanımı və qızı tədbirdə iştirak ediblər.

Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

Türkiyənin birinci xanımı Əminə çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb.

O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.

Sonra xatirə şəkili çəkdirilib.

Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…