“Venesuela Prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsi beynəlxalq hüquqda fəlakətdir və bütün beynəlxalq münasibətlər sistemini sarsıdır”.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, Rusiyada beynəlxalq hüquqa münasibət müxtəlif olsa da, mövcud qaydaların, normaların və bu hüququ tətbiq edən institutların varlığı hamı tərəfindən qəbul edilir.
Medvedev vurğulayıb ki, Maduronun başına gələnlər beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır.