Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Avropa Rusiya enerji təchizatından imtina etməklə özünü “dəhşətli tələyə” salıb və ABŞ-dan kritik asılılığa düşüb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Medvedev bu fikirləri “Max” kanalında paylaşdığı yazıda səsləndirib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya əleyhinə “oliqofreniya çılğınlığı” içində hansı təhlükəli vəziyyətə düşdüyünü dərk etmir.
“Axı, enerji resurslarının təchizatçısı rolunu, şübhəsiz ki, indi nifrət etdikləri Vaşinqton təmin edəcək. Lakin bu ‘yardımın’ qiyməti sadəcə pul baxımından deyil, müqayisəolunmaz dərəcədə daha yüksək olacaq”, – deyə Medvedev qeyd edib.
O, əlavə edib ki, Avropa Amerika qazından kritik asılılığa düşdüyü üçün bundan sonra ona nə deyilirsə, onu da yerinə yetirməyə məcbur qalacaq.