ABŞ ilə strateji hücum silahları ilə bağlı danışıqlar yalnız Ukraynanı dəstəkləməkdən imtina etdikdə mümkündür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında yazıb.
“Birləşmiş Ştatlar kifayət qədər ciddi şəkildə strateji hücum silahlarının azaldılması ilə bağlı yeni saziş üzrə danışıqlar aparmağı təklif edir. Onlar deyirlər ki, biz neonasistləri bütün növ silahlarla, o cümlədən uzaqmənzilli raketlər və təyyarələrlə təmin edəcəyik və sizinlə yeni START-ı müzakirə edəcəyik”.