Əsas məzmuna keç

MEDİA-dan Yaxın Şərq xəbərdarlığı

MEDİA-dan Yaxın Şərq xəbərdarlığı

Medianın İnkişafı Agentliyi dezinformasiya və manipulyasiya riskinə qarşı müraciət etdi. Təşvişə düşməmək üçün yalnız rəsmi məlumatlara etibar edin.

en ru

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı rəsmi açıqlamada bildirilib.

"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.

Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - deyə açıqlamada vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…