Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə nazirliyin fəaliyyəti haqqında yalan və təhrif edilmiş məlumatların yayılmasına münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada deyilir:
“Bir qrup şəxs tərəfindən Mədəniyyət Nazirliyin saytından paylaşılan “screen” görüntülərində istifadə etdikləri cihazlarda avtomatik tərcümə funksiyası aktiv olduğu üçün mətn təhrif edilmiş şəkildə əks olunub. Araşdırılmadan və yoxlanılmadan bu kimi təhrif edilmiş məlumatların yayılması nazirliyin nüfuzuna xələl gətirir və insanlarda düzgün olmayan rəy formalaşdırır.
Xahiş edirik ki, bu cür səhv informasiya verməklə ictimai fikrin yanlış istiqamətə yönləndirilməsinə səbəb olmayasınız.
Məsələnin dəqiq və obyektiv qiymətləndirilməsi üçün məsələ ilə bağlı rəy bildirən bütün şəxslərin sözügedən xəbərlərlə birbaşa Mədəniyyət Nazirliyinin rəsmi saytı üzərindən tanış olmağını, bu zaman iaə avtomatik tərcümə funksiyasını deaktiv etməyini vacib hesab edirik. Orijinal mətnlər Mədəniyyət Nazirliyinin saytında aydın və düzgün şəkildə təqdim olunub”.
Mədəniyyət Nazirliyi AÇIQLAMA YAYDI
2 dəq
Oxşar xəbərlər
Mədəniyyət siyasəti
Eldar Mansurov: "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm"
Mədəniyyət siyasəti
Qəzənfər Abbasov: Müəllimlərin attestasiyası inkişaf üçün vacibdir
Mədəniyyət siyasəti
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub
Mədəniyyət siyasəti
Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələ başlayır - Bilgi mədəniyyəti
Eyni mövzuda
Foto
Mədəniyyət siyasəti
Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb
Foto
Mədəniyyət siyasəti
Laçında “31 il sonra” adlı fərdi sərgi açılıb
Mədəniyyət siyasəti
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Foto
Mədəniyyət siyasəti