Küləkli havada dənizə girmək təhlükəlidir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciətində qeyd olunub.
Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək:
"Küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq".