Əsas məzmuna keç

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Dövlət başçısı İlham Əliyevin imzaladığı yeni fərmanla gömrük rüsumları və idxal prosedurlarında hansı yeniliklər tətbiq olunacaq? Detallar yazımızda.

ru en

İlham Əliyev Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanunla idxal olunan və barəsində reqlamentlər və istinad standartlar qəbul edilmiş mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna əsasən tərtib edilən sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır.

Bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra şamil olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…