Operativ Məlumat Mərkəzi

Mbappe və Ramos Paredesi PSJ-də görmək istəmir

1 dəq
Paylaş:
Mbappe və Ramos Paredesi PSJ-də görmək istəmir

Fransanın “PSJ” klubunun oyunçuları paltardəyişmə otağında hazırda Paris klubundan icarə əsasında Turin “Yuventus”unda çıxış edən argentinalı yarımmüdafiəçi Leandro Paredesi görmək istəmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb “Yuventus”la matçda PSJ-nin müdafiəçisi Serxio Ramosla Paredes arasında münaqişə olub. Mbappe də Ramosa dəstək göstərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər