Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mauro Vieyra Ceyhun Bayramova zəng edib

2 dəq
Paylaş:
Mauro Vieyra Ceyhun Bayramova zəng edib

Braziliyanın naziri Mauro Vieyra azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, zamanı Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlıq məsələləri, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə olunub.

Tərəflər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və onun çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.

Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.

Braziliyalı nazir həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax