Əsas məzmuna keç

Ceyhun Bayramov Avstriya naziri ilə İranın hücumunu müzakirə etdi

Ceyhun Bayramov Avstriya naziri ilə İranın hücumunu müzakirə etdi

Beate Maynl-Rayzinger dron zərbələrini pisləyib. Avstriya vətəndaşlarının təxliyyəsi və Yaxın Şərqdəki gərginliklə bağlı mühüm detallar. Rəsmi Vyana nə bəyan etdi?

en ru

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Respublikasının naziri Ceyhun Bayramova zəng vurub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

zamanı qarşı tərəfə İranın hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Avstriya naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Nazir Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə edilməklə təxliyyəsinə yaradılmış şəraitə görə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…