Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, rayonun Maştağa qəsəbəsində avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Şirinova Kəmalə Şəfəq qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.