"SpaceX" şirkətinin sahibi İlon Maskın anası Mey Mask oğlunun "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqlə döyüşünü ləğv etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Mey Mask bu barədə tviter səhifəsində yazıb.
"Mən bu döyüşü ləğv etmişəm. Amma hələ onların özünə deməmişəm", - iş adamının anası qeyd edib.
Xatırladaq ki, 2 milyarder bu yaxınlarda hər şeyi "qəfəsdə döyüşərək" həll etmək qərarına gəlmişdilər. "Döyüş" Las-Veqasda baş tutmalı idi.