Operativ Məlumat Mərkəzi

Mask Böyük Britaniya baş nazirinin vəzifədən getməsinə çalışır

1 dəq
Paylaş:
Mask Böyük Britaniya baş nazirinin vəzifədən getməsinə çalışır
bu barədə "Financial Times" qəzeti yazıb. "Mask müttəfiqləri ilə qanuna əsasən 15 avqust 2029-cu ildən gec olmayaraq keçirilməli olan növbəti ümumi...

Amerikalı milyarder İlon Mask "sağ yönümlü müttəfiqləri" ilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifədən uzaqlaşdırılması imkanını şəxsi qaydada müzakirə edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

"Mask müttəfiqləri ilə qanuna əsasən 15 avqust 2029-cu ildən gec olmayaraq keçirilməli olan növbəti ümumi seçkilərə qədər Kir Starmeri Britaniyanın Baş naziri vəzifəsindən necə uzaqlaşdırılacağını şəxsi qaydada müzakirə edir", - məlumatda bildirilib.

Nəşrin məlumatına görə, sahibkar alternativ siyasi hərəkatların, xüsusilə də Britaniyanın sağçı populist “Reform UK” partiyasının köməyi ilə növbəti seçkilərə qədər Britaniya baş nazirinin dəyişdirilməsi ehtimalını qiymətləndirməyə çalışır. Mənbələrə görə, o həmçinin “Reform UK”nin rəhbərliyinin dəyişdirilməsinə necə nail oluna biləcəyini anlamağa çalışır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər