Masallının bir sıra kəndlərində işıq olmayacaq

Masallının bir sıra kəndlərində işıq olmayacaq
28.12.2024 08:50
Aa
dəq

Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində təmir işləri ilə əlaqədar dekabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərişıq ASC-dən bildirilib.

Bununla əlaqədar olaraq saat 09:30-dan saat 14:00-dək rayonun Köhnə Alvadı, Binə Xocavar, Stansiya Masallı, Çaxırlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Həftənin ən çox oxunanları