Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Marko Rubio: Yaxın Şərqdən 9 min amerikalı təxliyə edilib

2 dəq
Paylaş:
Marko Rubio: Yaxın Şərqdən 9 min amerikalı təxliyə edilib

"9 000 amerikalı Yaxın Şərqdən təxliyə olunub".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu ABŞ konfransında açıqlayıb.

Bildirilib ki, ABŞ-nin Dövlət Departamenti Rubionun sözlərinə istinadən xəbər verir ki, “Daha 1 500 amerikalı evakuasiya ilə bağlı kömək istəyir”.

Rubio qeyd edib ki, ABŞ vətəndaşlarını çarter, hərbi və kommersiya reysləri vasitəsilə təxliyə etmək variantları nəzərdən keçirilir. O əlavə edib ki, hazırkı vəziyyətdə təyyarənin havada olması, lakin hava məkanının bağlanması səbəbindən geri qayıtmağa məcbur olan hallara rast gəlinib. Hücumlar və hava limanının bağlanması uçuşlarda fasilələrə səbəb olur.

Dövlət katibi həmçinin bildirib ki, ABŞ səfirlikləri və nümayəndəlikləri İranın birbaşa hücumuna məruz qalır və bu nümayəndəliklərin bir çoxunun işçiləri əvvəlcədən təxliyə edilib. Region ölkələrindəki bəzi diplomatik nümayəndəliklər də fəaliyyətini dayandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax