NATO-nun baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Rutte həmçinin xarici işlər və müdafiə nazirləri ilə görüşəcək, hərbi-sənaye kompleksinə baş çəkəcək.