Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mariya Zaxarova: Qərb Kiyevin "qanlı dişləri" ilə üzləşəcək

2 dəq
Paylaş:
Mariya Zaxarova: Qərb Kiyevin "qanlı dişləri" ilə üzləşəcək

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qərb ölkələrinin siyasətini sərt şəkildə tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mariya Zaxarova "Sputnik" radiosuna müsahibəsində bildirib.

Zaxarova qeyd edib ki, Qərbin dəstəklədiyi Kiyev hakimiyyəti gələcəkdə öz himayədarlarına qarşı yönələ bilər. Onun sözlərinə görə, Qərb ölkələri hazırda Ukraynada formalaşan siyasi proseslərin nəticələri ilə üzləşirlər.

Diplomat fikirlərini əsaslandırarkən Ukraynanın "" saytında Polşa rəhbərliyinin nümayəndələrinin qeyd olunmasını nümunə göstərib. O bildirib ki, bu hadisə Qərbin dəstəklədiyi qüvvələrlə bağlı yaranan problemlərin ilk nümunəsi deyil.

Zaxarova vurğulayıb ki, Qərb dövlətləri mövcud vəziyyətin yaranmasında öz siyasətləri ilə rol oynayıblar və "nə əkiblərsə, onu da biçirlər" ifadəsini işlədib.

Qeyd edək ki, son günlər Polşa Donald Tuskun rəhbərlik etdiyi partiyanın mərkəz-sağçı deputatları Avropa Parlamentində Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edən mövqenin Kiyevin Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı illik hesabatda əks etdirilməsini tələb ediblər.

Məsələ ilə bağlı səsvermənin iyulun 8-də keçiriləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax