Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mariya Zaxarova bu barədə öz teleqram kanalında yazıb.
Diplomat Nikol Paşinyanın RT tərəfindən yayımlanan fotolarına və seçki kampaniyası zamanı Ermənistan vətəndaşına dediyi fikirlərə münasibət bildirib.
Zaxarova qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenskinin Yerevana səfəri “nəticəsiz keçməyib”.
“Makron və Zelenskinin İrəvana səfəri nəticələrsiz keçməyib — “Avropa dəyərləri” göz qabağındadır. Daha doğrusu, onların üzündə”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Makron və Zelenski may ayının əvvəlində Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfər ediblər.