Əsas məzmuna keç

Kipr Prezidenti Paşinyanı təbrik etdi

Kipr Prezidenti Paşinyanı təbrik etdi

Nikos Xristodulides Ermənistanın Baş nazirinə ünvanladığı məktubda hansı mesajları verdi? İki ölkə arasında əməkdaşlığın Avropa gələcəyi üçün önəmi açıqlandı.

ru en

Kipr Respublikasının Prezidenti Nikos Ermənistanın Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.

Məlumata görə, Baş nazirinin ofisi tərəfindən yayımlanan təbrik məktubunda Kipr lideri xalqının seçimi və ölkənin gələcək inkişaf kursu ilə bağlı fikirlərini ifadə edib.

“Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Ermənistan xalqı gələcəyinə sadiqliyini bir daha təsdiqlədi”, – deyə təbrikdə bildirilib.

Nikos Xristodulides qeyd edib ki, Kipr Ermənistanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır və iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

“Kipr ikitərəfli əməkdaşlığımızı və Kipr ilə Ermənistan arasındakı münasibətləri daha da inkişaf etdirməyə hazırdır”, – deyə məktubda vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…