İngiltərə Premyer Liqasında bu həftəsonu "Brentford", gələn həftə isə "Fənərbaxça" ilə qarşılaşacaq "Mançester Yunayted"də Kobbi Mayno zədələnib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
"Aston Villa" ilə matçda zədələnən Kobbi Maynonun bir neçə həftə meydanlardan uzaq qalacağı bildirilir.
Bud nahiyəsindən zədə alan Kobbi Maynonun ən azı 1 ay oynaya bilməyəcəyi və "Mançester Yunayted"in 7 matçını buraxacağı açıqlanıb.