İngiltərənin "Mançester Yunayted" klubu bu yay yeni dayaq yarımmüdafiəçisi axtarışlarını fəal şəkildə davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klub rəhbərliyi Kazemironun uzunmüddətli əvəzləyicisi kimi Orelen Çuamenini əsas hədəf seçib.
Bu transferin reallaşması İspaniyanın "Real" klubunun ona layiqli əvəzləyici tapıb-tapmamasından asılı ola bilər.
Madrid təmsilçisinin maraq dairəsində olan ehtimal edilən namizədlər arasında Rodri və Entso Fernandesin adları çəkilir.
Fransalı futbolçunun "Real" ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı Çuameninin transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.