“Mançester Yunayted” hücum xəttinigücləndirə bilər

“Mançester Yunayted” hücum xəttinigücləndirə bilər
13.11.2023 12:41
Aa
dəq

"Mançester Yunayted" hücum xəttini alman futbolçu ilə gücləndirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat verib.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın transfer siyahısında “Bavariya”nın hücumçusu Leroy Sane yer alıb.

Futbolçunun Bundesliqa çempionu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Leroy 2016-2020-ci illərdə "Mançester Siti"də çıxış edib.

Bu mövsüm Almaniya çempionatında Sane 11 matçda 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 75 milyon avrodur.

Həftənin ən çox oxunanları