"Mançester Siti" darmadağınla üç xalı qazanıb

"Mançester Siti" darmadağınla üç xalı qazanıb
26.04.2024 01:09
Aa
dəq

İngiltərə Premyer Liqasında növbəti oyun keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşıb. Görüş "şəhərlilər"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Kevin De Brüyne (1 qol), Fil Foden (2 qol ) və Xulian Alvares (1 qol) vurub.

Bu nəticədən sonra xallarını 76-ya çatdıran "Mançester Siti" ikinci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.

Həftənin ən çox oxunanları