Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik

Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik
27.07.2024 08:06
Aa
dəq

Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

"8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür", – açıqlamada qeyd olunub.

Bildirilib ki, dövlət qurumu "əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı".

"Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər", – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.

Xatırladaq ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti büdcəyə artıq ödəmələrlə bağlı qərar verib

Nazirlər Kabineti büdcəyə artıq ödəmələrlə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

Vergi ödəyicisinin borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiqlənib

Vergi ödəyicisinin borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vergi orqanlarında staj və sınaq keçmə qaydaları təsdiqlənib

Azərbaycanın vergi orqanlarında staj və sınaq keçmə qaydaları təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib
DAVAMIN OXU davamın oxu