Əsas məzmuna keç

Makron Antonio Kosta və Ursula fon der Leyenlə görüşdü

Makron Antonio Kosta və Ursula fon der Leyenlə görüşdü

Fransa prezidenti Yelisey sarayında Aİ rəhbərliyi ilə Ukrayna yardımı və təhlükəsizliyi müzakirə edib. Mario Draqinin qatılacağı sammitin detalları bəllidir.

en ru

Fransa prezidenti Emmanuel sarayında Avropa Komissiyasının sədri Ursula Leyen və Avropa Şurasının sədri Kostanı qəbul edib .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, müzakirə gündəliyinə Aİ liderlərinin qarşıdan gələn qeyri-rəsmi görüşü, Rusiya-Ukrayna münaqişəsi və Ukraynaya davam edən yardım, eləcə də Avropa təhlükəsizliyi və müdafiə qabiliyyəti məsələləri daxil idi.

Fevralın 12-də Aİ liderlərinin qeyri-rəsmi sammiti planlaşdırılır. Görüşdə Aİ-nin rəqabət qabiliyyətinin artırılması, Aİ vahid bazarının gələcəyi və uzunmüddətli strateji məqsədlər müzakirə olunacaq.

Qeyri-rəsmi görüşdə İtaliyanın keçmiş baş nazirləri Mario Draqi və Enriko Letta da iştirak edəcəklər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…