Bolqarıstanın Tryavna şəhəri yaxınlığındakı Belitsa kəndində yerləşən hərbi zavodda güclü partlayış qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "BNT News" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidən tüstü sütunları yüksəlir.
İlkin ehtimallara əsasən, zavodun ərazisindəki yük maşınlarından biri alışıb və yanğın sursat anbarlarından birinə keçib.
Daxili işlər naziri İvan Demerciyev hadisə ilə bağlı açıqlama verərək bildirib ki, təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi təxliyə olunur.
Nazir hazırda insidentin başvermə səbəblərinin araşdırıldığını qeyd edib.
Qeyd edək ki, bu, Bolqarıstanda son dövrlərdə baş verən ilk təhlükəsizlik insidenti deyil. Bir müddət əvvəl ölkə ərazisində, kompressor stansiyasından bir kilometr aralıda naməlum dron partlamışdı. Baş nazir Rumen Radev həmin pilotsuz uçuş aparatının Rumıniya istiqamətindən gəldiyini bəyan etmiş, hadisə ilə əlaqədar Ukraynanın Bolqarıstandakı səfiri Olesya İlaşuk Xarici İşlər Nazirliyinə çağırılmışdı.