Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb

Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
17.05.2024 15:47
Aa
dəq

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

Mərkəzdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 1 nəfər 93,5 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc edilib).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 21 may 2024-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Həftənin ən çox oxunanları

I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub

I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub
DAVAMIN OXU davamın oxu

Kolleclərə ixtisas seçimi başlayıb

Kolleclərə ixtisas seçimi başlayıb
DAVAMIN OXU davamın oxu

MİQ imtahanlarında iki test tapşırığında doğru cavab olmayıb

MİQ imtahanlarında iki test tapşırığında doğru cavab olmayıb
DAVAMIN OXU davamın oxu

Jurnalistika üzrə qabiliyyət imtahanına qeydiyyat başlayıb

Jurnalistika üzrə qabiliyyət imtahanına qeydiyyat başlayıb
DAVAMIN OXU davamın oxu

DİM sədrinə iki müavin təyin edilib

DİM sədrinə iki müavin təyin edilib
DAVAMIN OXU davamın oxu