Operativ Məlumat Mərkəzi

Maduro məhkəmə qarşısına çıxacaq

1 dəq
Paylaş:
Maduro məhkəmə qarşısına çıxacaq
bununla bağlı xarici KİV məlumat yayıb.Bildirilib ki, Nikolas Maduro və həyat yoldaşının Bruklin həbsxanasında saxlanılır.O, narkotik və silah saxlama...

Venesuela Prezidenti Nikolas Maduro ilk dəfəbu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Nikolas Maduro və həyat yoldaşının Bruklin həbsxanasında saxlanılır.

O, narkotik və silah saxlama ittihamları ilə üzləşir. Maduro və həyat yoldaşı narkotik qaçaqmalçılığı təşkilatına rəhbərlik etməkdə, narkoterrorizmdə, ABŞ-ə kokain idxalında və silahla bağlı cinayətlər törətmək üçün sui-qəsddə ittiham olunurlar.

Digər yüksəkvəzifəli məmurlar, eləcə də hazırda azadlıqda olan Maduronun oğlu da ittiham olunub.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər