Operativ Məlumat Mərkəzi

Macarıstanın XİN başçısı: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişi alqışlayırıq

1 dəq
Paylaş:
Macarıstanın XİN başçısı: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişi alqışlayırıq
bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib. “Şadıq ki, Azərbaycan...

Macarıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişi alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib.

“Şadıq ki, Azərbaycan və Ermənistan daha ciddi addımlar atıblar. Regionda sülh və sabitliyin bərqərar olmasını arzu edirik, hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Macarıstan Avropa İttifaqında sədrliyi dövründə bu regionda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək”, - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər