M4 indeksli avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin sürətinin azaldılmasına xidmət edən nişanlanma xətti təşkil edilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, görülən işlər həmin ərazidə hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edir.
M4 avtomobil yolu Bakı şəhərindən (Sulutəpə/Xırdalan istiqamətindən) başlayaraq Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş rayonlarından keçir və Yevlax şəhərində başa çatır.