Əsas məzmuna keç

Luvr muzeyinin qarəti ilə bağlı yeni detallar

Luvr muzeyinin qarəti ilə bağlı yeni detallar

Parisdə yerləşən muzeyində baş verən oğurluqla bağlı saxlanılan şübhəlilərdən biri ifadəsində ona iki slavyan ləhcəli kişinin 15 min təklif etdiyini deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, hadisədən bir ay sonra Fransa polisi dördüncü şübhəli şəxsi də saxlayıb. İstintaq materiallarında oğurluğun əvvəlcədən diqqətlə planlaşdırıldığı və prosesdə “xarici sponsorların” iştirak ehtimalının araşdırıldığı qeyd olunur.

Məlumata görə, 30 yaşlı şübhəli Abdoulaye ifadəsində Luvr kimi dünyaca məşhur bir muzeyin qarətinə cəlb olunduğundan xəbərsiz olduğunu bildirib. O, oğurluqdan bir neçə gün əvvəl slavyan ləhcəsində danışan bir şəxsin onunla əlaqə saxladığını və özünə 15 min avro mükafat vəd etdiyini söyləyib. Abdoulaye həmin vaxt tərk edilmiş bir obyektin qarətinə cəlb olunduğunu düşündüyünü iddia edib.

saxlanılan şəxslərin ifadələrini diqqətlə araşdırır və izlərin xarici maliyyəçilərə yönələ biləcəyini də istisna etmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #avro#luvr#slavyan
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…