Lüksemburqun baş naziri Bettel, İsrailin bombaladığı Qəzzada qadın və uşaqların öldüyünü, ən qısa zamanda atəşkəs əldə edilməli, yoxsa qarşıdurmada humanitar fasilə verilməli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu barədə Avropa İttifaqı liderlərinin Brüseldəki zirvə görüşü zamanı qeyd edib.
“Bunu necə adlandırdığımız məni maraqlandırmır. Biz atəşkəs və ya münaqişələrdə humanitar pauzanı təmin edəcək bütün təşəbbüsləri nəzərə almalıyıq. Əhəmiyyətlisi budur ki, hər gün müharibə ilə heç bir əlaqəsi olmayan insanlar, uşaqlar, qadınlar ölür”,- deyə Battel bildirib.