Qərbin Belarus və İrana qarşı sanksiyaları iqtisadi terrordur, Belarus prezidenti Aleksandr Lukaşenko İslam Respublikasının rəhbəri Məsud Pezeşkianla görüşündən sonra bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASSməlumat yayıb.
"Belarus kollektiv Qərbin Minsk və Tehrana qarşı tətbiq etdiyi qeyri-qanuni məhdudlaşdırıcı tədbirləri iqtisadi terrorizm hesab edir. Respublikalarımız bu təcavüzkar və ikiüzlü sanksiyalar müharibəsinə uğurla müqavimət göstərir", - Lukaşenko bildirib.
O qeyd edib ki, Minsk və Tehran hazırda ŞƏT, BRİKS və beynəlxalq əməkdaşlığa təkan verən digər strukturlar çərçivəsində birgə uğurla işləyir.
Belarus prezidenti də İranın nüvə sənayesini dinc məqsədlərlə inkişaf etdirmək hüququnu dəstəkləyib.