"Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti Luka Modriçin Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı xəbərlərlərə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, italyan mütəxəssis "Selta Viqo" ilə oyundan əvvəl mətbuat konfransında bu iddialara cavab verib.
O qeyd edib ki, xorvat oyunçu komandadan ayrılmayacaq və mövsüm boyu Madrid klubuna kömək edəcək.