Əsas məzmuna keç

Londonda kütləvi etiraz aksiyaları keçirilib

Londonda kütləvi etiraz aksiyaları keçirilib

İngiltərənin paytaxtı London şəhərində son həftələrdə ölkədə antisemitizm hallarının kəskin artımı ilə əlaqədar kütləvi etiraz aksiyası keçirilib....

İngiltərənin paytaxtı şəhərində son həftələrdə ölkədə hallarının kəskin ilə əlaqədar kütləvi aksiyası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada 40 mindən çox insan iştirak edib.

Onların arasında B.Britaniyanın sabiq baş naziri Boris Conson və baş ravvin Efram Mirvis də olub.

İştirakçıları 3000 müşayiət edib. Etirazçılar Yaxın Şərqdə davam edən münaqişələrin, ölkədə də öz təsirini göstərdiyini, irqçilik və antimsemitizm hallarının pik səviyyəyə çatdığını bildiriblər.

London polisi, bu ay qeydə alınan antisemit qanun pozuntuları sayının ötən ilin eyni dövründəki göstəricidən 13 dəfə çox olduğunu açıqlayıb. İslamofobiya cinayətlərində isə ötən ilin eyni dövrü ilə müqayisədə 140% artım müşahidə olunub.

“Burada toplaşanlar müxtəlif dini, milli və mədəni kimliklərə malikdirlər, İsrail-HƏMAS münaqişəsinə olan yanaşmamız da müxtəlifdir. Amma biz, yekdilli olaraq antisemitizmə qarşı çıxırıq. Bu qəbuloilunmazdır” – deyə iştirakçılardan biri olan Noni Ksoqor deyib.

Bu, son onilliklər ərzində ölkədə antisemitizmə qarşı keçirilən ən böyük aksiya kimi qiymətləndirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…