Əsas məzmuna keç

Londonda Ali Məhkəmənin qarşısında Assanca dəstək aksiyası keçirilir

Londonda Ali Məhkəmənin qarşısında Assanca dəstək aksiyası keçirilir

bu barədə xarici KİV-lər məlumat yayıb. Aksiyada Böyük Britaniya Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər...

Böyük Britaniyanın paytaxtı Londonda Ali Məhkəmənin qarşısında “WikiLeaks”in qurucusu Culian Assanca dəstək aksiyası keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Aksiyada Böyük Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin də iştirak edir.

“Bu, 21-ci əsrin mətbuat azadlığı ilə bağlı ən vacib işdir. Məhkəmə başa düşməlidir ki, bu ölkədə insanların əksəriyyəti hesab edir ki, jurnalist həqiqəti söylədiyi üçün həbsxanaya düşməməlidir”, - aksiya iştirakçıları vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl Britaniya hökuməti London Ali Məhkəməsinin fevralın 20-də iki günlük dinləmələrə başlayacağını və bu dövr ərzində “WikiLeaks”in təsisçisinin Britaniya məhkəmələrində onun ABŞ-yə ekstradisiyasına dair qərara etiraz etmək imkanının olub-olmadığını müəyyən edəcəyini açıqlamışdı.

Onun ABŞ-yə ekstradisiyasının qarşısını almaq üçün son variantlardan biri Avropa İnsan Haqları Məhkəməsinə müraciət ola bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…