"Qalatasaray" Aleksey Batrakovu transfer etmək istəyir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu "Lokomotiv"in hücumameyilli yarımmüdafiəçisi Aleksey Batrakovu transfer etmək üçün rəsmi addım atıb.
"İnsaydı ot Karpa" teleqram kanalının məlumatına görə, İstanbul təmsilçisi rusiyalı futbolçunun transferi ilə bağlı danışıqlara başlamaq məqsədilə Moskva klubuna rəsmi sorğu göndərib.
Məlumata əsasən, "Lokomotiv"in baş direktoru bu müraciətə mənfi cavab verib. Klub rəhbərliyi hazırkı mərhələdə Aleksey Batrakovun transferi ilə bağlı hər hansı danışıqlar aparmaq niyyətində olmadıqlarını bildirib.
Qeyd olunur ki, "Qalatasaray" rəsmiləri daha əvvəl 21 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıblar. Lakin oyunçunun müqaviləsində yer alan sərbəstqalma maddəsi Türkiyə Superliqası klublarına şamil edilmədiyi üçün tərəflər birbaşa "Lokomotiv"lə danışıqlara yönləndirilib.
"Transfermarkt" portalının məlumatına görə, Aleksey Batrakovun hazırkı bazar dəyəri 28 milyon avro qiymətləndirilir.