Əsas məzmuna keç

Dmitri Vorobyov "Lokomotiv"dən ayrılır: Yeni klubu bəlli olub

Dmitri Vorobyov "Lokomotiv"dən ayrılır: Yeni klubu bəlli olub

Rusiyalı hücumçu karyerasını ölkənin vitse-çempionu olan "Krasnodar"da davam etdirəcək.

en ru

Moskvanın "" klubunun hücumçusu Dmitri karyerasını ""da davam etdirməyə yaxındır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat yayıb. Bildirilir ki, tərəflər transferlə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Məlumata görə, 28 yaşlı futbolçu "Krasnodar"la 2030-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayacaq. Qeyd olunur ki, Vorobyovla daha əvvəl "Spartak" və da maraqlansa da, keçid baş tutmayıb.

Qeyd edək ki, Dmitri Vorobyov 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 34 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 6 milyon avro qiymətləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…