Operativ Məlumat Mərkəzi

Liviyanın XİN başçısı vəzifəsindən uzaqlaşdırılıb - İsrailə görə

1 dəq
Paylaş:
Liviyanın XİN başçısı vəzifəsindən uzaqlaşdırılıb - İsrailə görə
iki ölkənin xarici işlər nazirlərinin son görüşü ilə bağlı bəyanatlar fonunda Liviyada etiraz aksiyaları keçirilib. Koen ötən həftə Romada İtaliyanın...

Liviyanın Milli Birlik Hökumətinin baş naziri Abdel Hamid Dbeyba xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu israilli həmkarı Eli Koenlə görüşünə görə tutduğu vəzifədən uzaqlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin xarici işlər nazirlərinin son görüşü ilə bağlı bəyanatlar fonunda Liviyada etiraz aksiyaları keçirilib.

Koen ötən həftə Romada İtaliyanın xarici işlər naziri Antonio Tayaninin köməyi ilə Manquşla gizli görüş keçirib. Koen və Manquş Liviya ilə İsrail arasında mövcud olan tarixi əlaqələri, həmçinin ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Danışıqlar zamanı İsrailin Liviyaya humanitar yardım göstərməsi də müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər