İngiltərənin "Liverpul" klubu yay transfer pəncərəsində "Bornmut"un mərkəz müdafiəçisi Markos Senesini rənglərinə bağlamaq üçün rəqiblərini qabaqlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" kurnalist Mark Duqlasa istinadən xəbər verir ki, mersisaydlılar bu transfer uğrunda mübarizədə "Çelsi" və "Mançester Yunayted" kimi nəhəngləri geridə qoyur.
28 yaşlı Argentina millisinin üzvü mövsümün sonunda azad agent statusu qazanacaq.
Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Arne Slot daha əvvəl Niderlandın "Feyenoord" klubunda Senesi ilə birlikdə çalışıb.
Bundan əlavə, oyunçu 15 milyon avro qarşılığında İngiltərə təmsilçisinə keçərkən Riçard Hyuz "Bornmut"un idman direktoru vəzifəsində idi.