Operativ Məlumat Mərkəzi

Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib

1 dəq
Paylaş:
Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib
{"az":"bu, İsrail və Hizbullah arasında silahlı münaqişənin kəskin artmasından sonra baş verib. “İsrail və Hizbullah arasında silahlı qarşıdurmanın...","en":"","ru":""}

Sentyabrın 17-dən 24-ə qədər olan müddət ərzində 90 mindən çox insan Livanın cənubundakı evlərini tərk edərək ölkənin digər bölgələrinə sığınmaq məcburiyyətində qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) istinadən xəbər verir ki, bu, İsrail və Hizbullah arasında silahlı münaqişənin kəskin artmasından sonra baş verib.

“İsrail və Hizbullah arasında silahlı qarşıdurmanın kəskinləşməsindən sonra UNRWA Livana təcili yardım göstərməyə başladı. Məlumata görə 90 530 nəfər məcburi köçkün vəziyyətinə düşüb”, - deyə qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər