Livanda ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA

Livanda ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA
24.09.2024 12:56
Aa
dəq

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, aviazərbələr nəticəsində 492 nəfər ölüb, 1645 nəfər isə xəsarət alıb.

Azərbaycanın Livandakı səfirliyində vəziyyət necədir? Ölən və yaralananlar arasında azərbaycanlılar varmı? 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Livanda azərbaycanlıların sayı çox azdır:

“Ölüm və yaralanma halları barədə məlumat daxil olmayıb. Livandakı səfirliyimiz fəaliyyətini davam etdirir. Təxliyə barədə müraciət daxil olmayıb”.

XİN rəsmisi xatırladıb ki, Azərbaycan vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq 3 avqust tarixində verilib.

Qeyd edək ki, artıq İsveçrə və Rusiya öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib. (Qafqazinfo)

Həftənin ən çox oxunanları

Bakı və Moskva xarici siyasi koordinasiyanı gücləndirir

Bakı və Moskva xarici siyasi koordinasiyanı gücləndirir
DAVAMIN OXU davamın oxu

Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - FOTO

Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - FOTO
DAVAMIN OXU davamın oxu

İlham Əliyev iranlı həmkarına başsağlığı verib

İlham Əliyev iranlı həmkarına başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub

Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev: Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır

Prezident İlham Əliyev: Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır
DAVAMIN OXU davamın oxu