Livanın xarici işlər naziri Abdallah Buhabib Livanın cənubunda İsraillə qarşıdurmalara görə təxminən 100 min insanın didərgin düşdüyünü açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Livan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Buhabib Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Keyt Forbes və onu müşayiət edən nümayəndə heyətini paytaxt Beyrutdakı ofisində qəbul edib.
Buhabib, məcburi köçkün livanlıların digər təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Təşkilatının hər cür humanitar yardıma ehtiyacı olduğunu vurğulayıb.
Xatırladaq ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, Livanın cənubunda ümumilikdə 86 min dinc sakin evlərini tərk edərək təhlükəsiz bölgələrə köçüb.