Livanın cənubunda bir mənzilə hücumda 8 nəfərin öldürülməsindən sonra Livan hökuməti İsrailə qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (UNSC) şikayət edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Livan baş naziri Necip Mikati açıqlamasında, “İsrailin hücumlarının davam etməsini, şəhidlərin sayını və hücumun səbəb olduğu böyük dağıntıları nəzərə alaraq, vəziyyətlə bağlı Xarici İşlər Naziri Abdullah Buhabib ilə məsləhətləşdim və yeni təcili müraciət təqdim etməyi xahiş etdim", - deyə qeyd edib.
Livan İsraildən BMT Təhlükəsizlik Şurasına şikayət edəcək
1 dəq