Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər İranın suverenliyi və ərazi bütövlüyünə dəstəklərini bir daha təsdiqləyiblər.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qırğızıstanda keçirilən ŞƏT sammiti çərçivəsində qəbul edilən Bişkek Bəyannaməsində Yaxın Şərqdə və İran ətrafında baş verən proseslərdən ciddi narahatlıq ifadə olunub.
Bəyanatda İran ərazisinə endirilən hərbi zərbələr qətiyyətlə pislənib. Bu hücumların dinc əhali arasında çoxsaylı insan tələfatına və ölkə iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilib.
Sənəddə qeyd olunub ki, bu cür hərəkətlər beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Nizamnaməsini kobud şəkildə pozur və qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.
ŞƏT ölkələri mövcud münaqişənin yalnız siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıblar.