Əsas məzmuna keç

Leyla Əliyeva Yevlaxda yeni məktəb binasının açılışını etdi

Leyla Əliyeva Yevlaxda yeni məktəb binasının açılışını etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Yevlax rayonunda təhsil ocağının lentini kəsdi. Müasir standartlara cavab verən yeni tədris binası haqqında detallar.

en ru

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, elm və təhsil naziri Leyla Əliyevaya məktəbin tarixi, burada şərait və imkanları barədə məlumat verib.

Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…