Əsas məzmuna keç

Leyla Əliyeva Yevlaxda abadlaşdırılmış məhəllənin açılışını etdi

Leyla Əliyeva Yevlaxda abadlaşdırılmış məhəllənin açılışını etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Yevlax rayonunda yenidən qurulan yaşayış massivi ilə tanış olub. Görülən əsaslı təmir işləri sakinlərə hansı şəraiti yaradıb?

en ru

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi sakinlərin istifadəsinə verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir, Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb.

Ərazidə süni örtüklü mini futbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.

Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisində ağac, mövsümü gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.

məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…