Əsas məzmuna keç

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti DSX şəhidinin Qubadakı evində Nərgiz Allahyarova ilə görüşüb. Şuşa fatehinin döyüş yolu və ailəsinə göstərilən diqqət.

en ru

Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub.

Daha sonra şəhidin anası Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib. Görüş zamanı şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərə baxılıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarx izlənilib.

N.Allahyarova şəhid ailələrinə diqqət və qayğıdan məmnunluq ifadə edib. O, dövlətimizin başçısına və ailə üzvlərinə minnətdarlığını bildirərək, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Qəhrəman hərbçi noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub və Quba rayonunda dəfn edilib.

Döyüşlər zamanı göstərdiyi igidliyə görə İlham Əliyevin Sərəncamına əsasən, Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…